İdarə rəisi məhbuslara məzuniyyət verilməsindən danışıb

İdarə rəisi məhbuslara məzuniyyət verilməsindən danışıb "Azərbaycanda məhbus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası başqa ölkələr üçün nümunə ola bilər. Bu, məhbusların reabilitasiyasında mühüm rol oynayır".
Xarici siyasət
2 Noyabr , 2023 16:45
İdarə rəisi məhbuslara məzuniyyət verilməsindən danışıb

"Azərbaycanda məhbus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası başqa ölkələr üçün nümunə ola bilər. Bu, məhbusların reabilitasiyasında mühüm rol oynayır".

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Adil Əbilov Tbilisidə “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

İdarə rəisi bildirib ki, Azərbaycanda məhbus və məhkumlara uzunmüddətli görüşlərin verilməsi praktikası var: "Həmin görüşlərdə məhbus ailə üzvləri ilə birlikdə onlar üçün nəzərdə tutulan hər cür şəraitli otaqlarda 3 günə qədər qala bilirlər. Belə uzunmüddətli görüşlər məhbuslar üçün stimul olur. Onlar başa düşürlər ki, nümunəvi davranışlar bu cür görüşlərin sayını artıra bilər. Azərbaycanda məhbuslara həmçinin 7 günə qədər məzuniyyət də verilir. Eyni zamanda onlar üçün peşə kursları təşkil edilir. Ümumilikdə məhbus və məhkumların təhsili, onlara tibbi xidmətlərin göstərilməsi işinə ciddi yanaşılır".

Son xəbərlər

Orphus sistemi