İcra başçısının müavini Ukraynaya göndərilən humanitar yardımdan danışıb

İcra başçısının müavini Ukraynaya göndərilən humanitar yardımdan danışıb “Sumqayıt və Ukraynanın Çerkassı şəhərini uzun illərdir dostluq, tərəfdaşlıq əlaqələri birləşdirir”
Xarici siyasət
5 İyul , 2022 09:25
İcra başçısının müavini Ukraynaya göndərilən humanitar yardımdan danışıb
Akif Quluyev

“Sumqayıt və Ukraynanın Çerkassı şəhərini uzun illərdir dostluq, tərəfdaşlıq əlaqələri birləşdirir”.

“Report” xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev söyləyib.

“2003-cü ildən bu əlaqələr daha intensiv xarakter alıb. Bu dövrdə nümayəndə heyətlərinin bir neçə qarşılıqlı səfərləri olub. Bugünkü vəziyyətdə Ukrayna tərəfinin müraciətini nəzərə alıb və humanizm prinsiplərini rəhbər tutaraq Sumqayıt sakinləri də kənarda qalmayıb. Ukrayna xalqına yardım üçün ərzaq məhsulları, gündəlik tələbat malları, geyim, ilkin tibbi ləvazimatlar və s. ibarət pay yığılıb”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir.

Son xəbərlər

Orphus sistemi