İtaliyanın yeni səfiri Azərbaycana gəlib

Xarici siyasət
  • 10 avqust, 2017
  • 09:40
İtaliyanın yeni səfiri Azərbaycana gəlib
Farnesina

Bakı. 10 avqust. REPORT.AZ/ İtaliyanın Azərbaycandakı yeni səfiri Auqusto Massari Bakıya gəlib.

"Report" xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Qeyd edək ki, o, bu postda karyerasını İtaliya Xarici İşlər Nazirliyinin strukturlarından birində davam etdirəcək Campaolo Kutilyonu əvəz edib. 

44 - Tezliklə