İtaliyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub

Xarici siyasət
  • 21 fevral, 2017
  • 06:53
İtaliyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub

Bakı. 21 fevral. REPORT.AZ/ İtaliya Nazirlər Şurası Auqusto Massarini Azərbaycana yeni səfir təyin edib.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, A.Massari Canpaolo Kutillonu əvəz edəcək.

Qeyd edək ki, A.Massari İtaliya XİN-də 1998-ci ildən çalışır. O, xaricdə bir neçə tapşırıqları həyata keçirib, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarda İtaliyanın nümayəndəsi kimi çalışıb.

Azərbaycana səfir təyin edilməmişdən əvvəl A.Massari İtaliyanın Çindəki səfiri vəzifəsində çalışıb.