Yuxarı

İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb

Bu vəzifəyə Filip Stadler təyin olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb. 

Bakıdakı diplomatik missiyasını başa vuran İsveçrənin Azərbaycandakı səfiri Paskal Abişerin "Report"a verdiyi məlumata görə, bu, Filip Stadler olacaq.

Onun sözlərinə görə, yeni səfir oktyabrın əvvəllərində Bakıya gələcək və Azərbaycanın xarici işlər naziri, həmçinin, ölkə başçısına etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.

Qeyd edək ki, bu təyinata qədər F.Stadler İsveçrənin Yunanıstandakı səfirinin müavini vəzifəsində çalışıb.

P.Abişer 2013-cü ildən İsveçrənin Azərbaycandakı səfiri vəzifəsini tutub. Hazırda o, İsveçrənin Belarusdakı səfiri vəzifəsinə yeni təyinat alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi