Yuxarı

İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Bakıya gəlib

Filippo Lombardi “Bakı-2015”in açılışında iştirak edəcək

Bakı. 12 İyun. REPORT.AZ/ İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, 4-ü isə qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün lisenziya əldə etmək imkanı yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tenis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə birgə şəkildə Oyunları təşkil və idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi