İsveç XİN başçısı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib

İsveç XİN başçısı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib Azərbaycan tərəfi bu təklifi dəstəkləyib
Xarici siyasət
10 Fevral , 2016 13:26
İsveç XİN başçısı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib

Bakı. 10 fevral. REPORT.AZ/ İsveçin xarici işlər naziri Marqot Vallstrom münaqişə tərəfləri arasında etimad tədbirlərinin bir hissəsi kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveç XİN başçısı ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

E.Məmmədyarov Azərbaycanın təklifi dəstəklədiyini qeyd edib. O, gec-tez icmalar arasında görüşün təşkil olunmalı olduğunu vurğulayıb.

Azərbaycan XİN başçısı isveçli həmkarı ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib və bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfə çatdırıb.

Son xəbərlər

Orphus sistemi