İstanbul. 28 may. REPORT.AZ/ Mayın 28-də Ankara vaxtı ilə saat 20.35-də İstanbulun Fatih Sultan Mehmet körpüsü Respublika günü münasibəti ilə Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə baş tutub.
Bu nadir bayram təbriki Avropa və Asiya qitələrini birləşdirən körpüdən istifadə edənlərin marağına səbəb olub. Onlar körpünün fonunda xatirə şəkilləri çəkdiriblər. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişib.




