İsrail səfirliyi: “Əsrin sazişi” barışıq üçün gözəl plandır

İsrail səfirliyi: “Əsrin sazişi” barışıq üçün gözəl plandır ABŞ prezidentinin təqdim etdiyi plan sayəsində İsrail sülh və əmin-amanlığın qazanılacağına, fələstinlilərin də daha yaxşı yaşayacaqlarına ümidvardır.
Xarici siyasət
29 Yanvar , 2020 17:44
İsrail səfirliyi: “Əsrin sazişi” barışıq üçün gözəl plandır

ABŞ prezidentinin təqdim etdiyi plan sayəsində İsrail sülh və əmin-amanlığın qazanılacağına, fələstinlilərin də daha yaxşı yaşayacaqlarına ümidvardır.

Bu barədə “Report”a İsrailin Azərbaycandakı səfirliyindən ABŞ prezidenti Donald Trampın irəli sürdüyü “əsrin sazişi”ni şərh edərkən bildiriblər.

“Dünən baş nazir Netanyahunun da dediyi kimi, İsrail sülh planı əsasında fələstinlilərlə razılaşmağı qəbul edib. Bu, hamı üçün gözəl plandır. Bu, barışıq üçün gözəl plandır. İsrail sülh və əmin-amanlığın qazanılacağına, nəticədə ölkənin təhlükəsizliyinin təmin olunacağına, ərəb ölkələri ilə münasibətlərin yaxşılaşacağına, fələstinlilərin də daha yaxşı yaşayacaqlarına ümidvardır. Həmin sülh planı da bütün bu məqsədlərə yönəlib”, - səfirliyin açıqlamasında qeyd olunur.

İsrailin fələstinlilər üçün daha yaxşı həyat arzuladığı da diqqətə çatdırılıb: “Biz fələstinlilərin gələcəyini milli ləyaqətlə, rifah və ümidlə dolu görmək istəyirik. Bu sülh planı fələstinlilərin milli dövlətçiliyə yolunu açır. Fələstinlilərin bu planı qəbul edərək İsraillə sülh və firavan gələcək quracaqlarına ümidvarıq. Həmçinin ərəb qonşularımızın da bu görüş tərzini qəbul edərək İsraillə barışıq yolunu açacaqlarına inanırıq. Bu yol hamımızı parlaq gələcəyə apara bilər”.

Son xəbərlər

Orphus sistemi