İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib

İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri ilə görüşüb.
Xarici siyasət
1 Sentyabr , 2019 18:01
İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əl-Tüveycri ilə görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Əbdüləziz Əl-Tüveycrinin ölkəmiz ilə İSESKO arasında münasibətlərin inkişafı istiqamətində fəaliyyətinin Azərbaycan Hökuməti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Həmçinin Əbdüləziz Əl-Tüveycrinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı hər zaman ölkəmizin mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirdiyi, dəfələrlə müvafiq bəyanatlar verdiyi qeyd olunub. İSESKO-nun sabiq baş direktoruna “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim edilib.

Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan Əbdüləziz Əl-Tüveycri İSESKO-nun baş direktoru vəzifəsində çalışdığı müddətdə ona hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Orphus sistemi