İşçi qrupun rəhbəri: "Azərbaycan parlamentinin deputatları Almaniya Bundestaqının qətnaməsinə etiraz edəcəklər"

İşçi qrupun rəhbəri: "Azərbaycan parlamentinin deputatları Almaniya Bundestaqının qətnaməsinə etiraz edəcəklər" “Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnaməsi ədalətə və tarixi faktlara söykənmir"
Xarici siyasət
2 İyun , 2016 17:36
İşçi qrupun rəhbəri: Azərbaycan parlamentinin deputatları Almaniya Bundestaqının qətnaməsinə etiraz edəcəklər

Bakı. 2 iyun. REPORT.AZ/ “Almaniya parlamentinin qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul etməsi yalnış yanaşma olmaqla yanaşı, həm də ədalətə, tarixi faktlara söykənmir".

Bunu “Report”a açıqlamasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev deyib. 

O qeyd edib ki, Almaniya Bundestaqının  belə bir qətnamə qəbul etməsi təəssüf doğurur: "Digər tərəfdən, bu qərarın heç bir təsiredici gücü yoxdur.”

R.Rzayev bildirib ki, hazırda dünyada xeyli problemlər var: “Hansı ki, onları həll etmək daha uğurlu olardı. Amma dünyanı narahat edən problemlərə fikir verən yoxdur. Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır, xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bunların heç biri öz həllini tapmadan belə bir məsələnin gündəmə gətirilməsi ədalətli mövqe deyil.”

Qətnamə layihəsinin müəllifinin vaxtilə Türkiyədən Almaniyaya köçmüş çərkəz əsilli Cem Özdemirin olduğunu xatırladan R. Rzayev vurğulayıb ki, o, uzun zamandır şəxsi ambisiyalarını həyata keçirmək istəyir və ona görə də bu cür mövqe nümayiş etdirir: “Bu, ədalətdən uzaq mövqe tutmaqdır. Onun bu addımını başqa cür qiymətləndirmək olmaz. Əgər Cem Özdemir məsələlərə ədalətli yanaşsaydı onda Xocalı soyqırımı barədə mövqe bildirməliydi, sənəd layihəsi hazırlamalıydı. Bu mövqedən çıxış etməməsinin səbəbi odur ki, onun xüsusi razılaşması var və ona əsasən öz fəaliyyətini davam etdirir”.

Bundestaqın qətnaməsinin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələrinə necə təsir edəcəyinə gəlincə, İşçi qrupun rəhbəri deyib ki, Azərbaycan Milli Məclisinin deputatları bu qətnaməyə qarşıdırlar və sənədə etiraz edəcəklər.  

Son xəbərlər

Orphus sistemi