İranın Gilan əyalətinin qubernatoru Azərbaycana səfər edəcək

İranın Gilan əyalətinin qubernatoru Azərbaycana səfər edəcək Səfər zamanı regional əməkdaşlıq məsələləri müzakirə olunacaq
Xarici siyasət
12 Oktyabr , 2015 12:40
İranın Gilan əyalətinin qubernatoru Azərbaycana səfər edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ İranın Gilan əyalətinin qubernatoru Məhəmməd Əli Nəcəfi Azərbaycana səfər edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. 

Onun sözlərinə görə, səfər çərçivəsində M.Ə.Nəcəfi nəqliyyat sahəsi də daxil olmaqla, regional əməkdaşlıq məsələlərini müzakirə edəcək. 

Həmçinin oktyabrın 19-22-də İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru İsmayıl Cabbarzadə də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində o, Naxçıvanda, oktyabrın 20-21-də Bakı və Gəncədə olacaq. Səfər zamanı İ.Cabbarzadə Azərbaycanla regional əməkdaşlıq məsələlərini müzakirə edəcək.