İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Səfirlikdə xatirə kitabının açılması nəzərdə tutulmayıb
Xarici siyasət
14 Noyabr , 2017 11:35
İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyində İslam Respublikasında baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə elan edilən matəm ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Xatırladaq ki, bazar ertəsinə keçən gecə İran-İraq sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət təqribən 450 nəfərin həlak olması, 7 mindən çox adamın yaralanması ilə nəticələnib.

Diplomatik missiyadan bildirilib ki, səfirlikdə xatirə kitabının açılması nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi