Bakı. 3 mart. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini, bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Azərbaycana gəlib.
İranın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazir müavininin səfərinin məqsədi martın 4-5-də Bakıda keçiriləcək Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun iclasında iştirak etməkdir.
Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun 5 Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin üzərində iş davam etdiriləcək.
Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Bakıdakı iclasda iştirak etmək üçün Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova gəlib.