​İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

​İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb Səfər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti əsasında baş tutacaq
Xarici siyasət
11 Fevral , 2015 20:10
​İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ İran xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 16-da Azərbaycana rəsmi səfər edəcək. "Report"un məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, İran XİN rəhbərinin səfəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti əsasında baş tutacaq. M.C.Zərif səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək. 

Səfir deyib ki, görüşlərdə İranla Azərbaycan arasında münasibətlərin perspektivləri və bir sıra məsələlər müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi