İran səfiri Azərbaycan haqqında kitab yazacaq

İran səfiri Azərbaycan haqqında kitab yazacaq Möhsün Pakayin: "Yeni səfir Cavad Cahangirzadə təcrübəli karyeraya malik diplomatdır"
Xarici siyasət
19 Sentyabr , 2016 16:02
İran səfiri Azərbaycan haqqında kitab yazacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ "İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə təcrübəli karyeraya malik diplomatdır".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında deyib.

Səfir xələfi C.Cahangirzadənin İslam Şurasının üzvü olduğunu, İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komitəsində yer aldığını qeyd edib.

"Yeni səfirin Azərbaycan KİV ilə sıx əməkdaşlıq edəcəyinə və ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümid edirəm" - M.Pakayin bildirib.

O, Azərbaycanda İranın səfiri kimi vəzifəsini tam başa vurduqdan sonra ölkəsində Xarici İşlər Nazirliyinə qayıdacağını və Azərbaycan haqqında xatirələrindən ibartət kitab yazmaq niyyətində olduğunu diqqətə çatdırıb: "Buna qədər üç ölkədə səfir vəzifəsində çalışmışam. Bu barədə xatirə kitabları yazmışam. Bir qədər istirahət etdikdən sonra Azərbaycandakı təcrübəmə həsr olunmuş kitab yazmağa başlayacağam".

Son xəbərlər

Orphus sistemi