İran Naxçıvana yeni baş konsul təyin edib

İran Naxçıvana yeni baş konsul təyin edib Mənsur Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq
Xarici siyasət
28 Yanvar , 2015 14:54
İran Naxçıvana yeni baş konsul təyin edib

Bakı. 28 yanvar. REPORT.AZ/ İran İslam Respublikasının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yeni baş konsulu təyin edilib. “Report”un “AzərTAc”a istinadən verdiyi məlumata görə, yeni baş konsul Mənsur Ayrım bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, sosial və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait mövcuddur.

Baş konsul deyib ki, ötən il ərzində Azərbaycan və İran prezidentlərinin 4 dəfə görüşü, qarşılıqlı rəsmi səfərləri iki qonşu ölkənin münasibətlərinin daha da inkişafı və genişləndirilməsi üçün mühüm zəmin yaradıb. Bundan başqa, 2014-cü ilin avqust ayında İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının Bakıda keçirilmiş iclasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin artırılması məsələsi nəzərdən keçirilib ki, bu da yaxın gələcəkdə birgə iqtisadi layihələrin reallaşmasına imkan yaradıb.

Əlaqələrin inkişafının xalqların mənafelərinə uyğun olduğunu deyən Mənsur Ayrım ümid etdiyini bildirib ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə əməkdaşlıq həyata keçirərək qarşılıqlı maraqlarımızın təmin olunmasını təşkil edəcək.

Mənsur Ayrım İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi vəzifəsinin icrasına mart ayında başlayacaq.

Son xəbərlər

Orphus sistemi