Rusiyalı hərbi ekspert: "Mülki əhalini, uşaq və qocaları qətlə yetirənlər beynəlxalq canidir"

Rusiyalı hərbi ekspert: "Mülki əhalini, uşaq və qocaları qətlə yetirənlər beynəlxalq canidir"
Xarici siyasət
26 Fevral , 2019 15:56
Rusiyalı hərbi ekspert: Mülki əhalini, uşaq və qocaları qətlə yetirənlər beynəlxalq canidir
Report/Firi Salim

Bakı. 26 fevral. REPORT.AZ/ "Mülki əhalinin öldürülməsi insanlığa qarşı cinayətdir və zaman anlayışına malik deyil".

“Report” xəbər verir ki, bunu Xocalıda 27 il əvvəl dinc əhaliyə divan tutulmasını şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Həmin qatillər həyatda ikən cinayət məsuliyyətinə cəlb olunmalı, beynəlxalq axtarışa verilməlidir. Mülki əhalini, uşaq və qocaları öldürənlər beynəlxalq canidir. Həmin qırğının miqyası, şəhərdən çıxmaq istəyənlərin öldürülməsi soyqırımı əlamətinin göz qabağında olduğunu göstərir. Bu, təkzib oluna, şübhə altına qoyula bilməz, çünki beynəlxalq hüququn təməl müddəasıdır”, - ekspert vurğulayıb.