Yuxarı
    Bağlamaq

    İqor Bratçikov: "Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər gələn il başlayacaq"

    Demək olar ki, kartoqrafik materialların hazırlanmasını başa vurmuşuq

    Bakı. 18 may. REPORT.AZ/ "Sahə" işlərinin başlanması üçün zəruri olan kartoqrafik materialların hazırlanmasını, demək olar ki, başa vurmuşuq. Həmçinin, sərhəd nişanlarının quraşdırılması, bölgü yerlərinə çıxış üçün qurumlararası demarkasiya işçi qrupunun formalaşdırılması üzrə konkret mərhələli plan işləyib hazırlamışıq".

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

    "Demarkasiya hər zaman birgə proses olub. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın hazırlıq səviyyəsini nəzərə aldıqda Rusiyanın cənub hissəsində sərhəd dirəklərinin basdırılmasının artıq gələn ildən başlayacağını düşünürəm", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi