İndoneziyanın yeni təyin olunmuş səfiri Azərbaycana fevralda gələcək

İndoneziyanın yeni təyin olunmuş səfiri Azərbaycana fevralda gələcək Azərbaycandakı diplomatik missiyasını başa vuran səfir Prayono Atiyanto bu həftə Bakıdan ayrılacaq
Xarici siyasət
29 Yanvar , 2016 16:50
İndoneziyanın yeni təyin olunmuş səfiri Azərbaycana fevralda gələcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycandakı diplomatik missiyasını başa vuran səfir Prayono Atiyanto yanvarın 31-də Bakıdan ayrılacaq.

Bu barədə "Report"a İndoneziya səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirlə birlikdə onun müavini Rza Pəhləvi də ölkəmizdən gedəcək. Onlar fəaliyyətlərini İndoneziya Xarici İşlər Nazirliyində davam etdirəcəklər.

Səfirlikdən onu da bildiriblər ki, yeni səfir ölkəmizə gələn ay gələcək.

Qeyd edək ki, İndoneziya prezidenti Coko Vidodo bu posta keçmiş siyasətçi Husnan Vananini təyin edib.

Son xəbərlər

Orphus sistemi