İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək

İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək İndoneziyanın səfiri: "Ölkələrin sənaye sahəsində əlaqələri inkişaf etdirmək üçün potensialı var"
Xarici siyasət
28 Aprel , 2017 17:24
İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək

Bakı. 28 aprel. REPORT.AZ/ "İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır."

"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanda səfir olduğu müddətdə bir sıra səfərlər həyata keçirilib. Diplomat ölkələrin sənaye sahəsində əlaqələri inkişaf etdirmək üçün potensiala malik olduğunu qeyd edib.

Səfir görüş zamanı may ayında İndoneziyanın 35 iş adamından, o cümlədən iri dövlət müəssisələrinin nümayəndələrindən ibarət nümayəndə heyətininin Bakıya səfərə gələcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi