İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiya prezidentinə başsağlığı verib

İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiya prezidentinə başsağlığı verib Prezident: "Çoxsaylı insan tələfatı ilə nəticələnmiş qəza haqqında xəbər məni sarsıtdı"
Xarici siyasət
25 Dekabr , 2016 15:22
İlham Əliyev təyyarə qəzası ilə bağlı Rusiya prezidentinə başsağlığı verib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada 92 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

"Report" xəbər verir ki, prezident xəbərdən sarsıldığını bildirib.

"Çoxsaylı insan tələfatı ilə nəticələnmiş "Tu-154" təyyarəsinin qəzası haqqında xəbər məni sarsıtdı. Azərbaycanın xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə dövlət başçısının başsağlığı məktubunda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi