İlham Əliyev finlandiyalı və çexiyalı həmkarlarını yenidən prezident seçilmələri münasibətilə təbrik edib

İlham Əliyev finlandiyalı və çexiyalı həmkarlarını yenidən prezident seçilmələri münasibətilə təbrik edib Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. 
Xarici siyasət
29 Yanvar , 2018 14:54
İlham Əliyev finlandiyalı və çexiyalı həmkarlarını yenidən prezident seçilmələri münasibətilə təbrik edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir:  

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana da təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: 

Hörmətli cənab Prezident,

Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi