Yuxarı

İbrahim İbrahimi: "İran və Qərb arasındakı razılaşmanın qonşu ölkələrə də müsbət təsir edəcəyinə ümid edirik"

İran və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr gündən-günə inkişaf edir

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycan və İran arasında əla münasibətlər var, İran və Qərb arasındakı razılaşmanın qonşu ölkələrə də müsbət təsir edəcəyinə ümid edirik".

"Report" xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi İranın milli bayramı - İslam İnqilabının 37-ci ildönümü ilə əlaqədar keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gündən-günə inkişaf etidiyini vurğulayıb: "Biz İranın iki şəhərində Azərbaycan mədəniyyəti günləri keçirmək niyyətindəyik. Üstəlik, Bakıda İran kinosu günlərinin təşkili gözlənilir. Hətta birgə film də çəkə bilərik".

Bundan əlavə, İ.İbrahimi iki ölkə arasında humanitar sahədə güclü əlaqələrin olduğunu qeyd edib.

İ.İbrahimi, həmçinin 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunmasının vacibliyini vurğulayıb: "Qonşularımıza baxsaq, onların qeyri-sabit olduğunu görərik. Regionda yalnız Azərbaycan və İran sabitliyi qoruyur. Bu, əsasən multikulturalizm siyasəti sayəsində qorunur".

Ardından İ.İbrahimi İranda baş vermiş İslam inqilabı barədə məlumat verərək bu hadisənin onun ölkəsi üçün amerikalıların dominantlığından qurtuluş baxımından əhəmiyyətindən danışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi