Hüquqşünas: Fransa Mayotda qeyri-qanuni işğalla insanların taleyi ilə oynayır

Hüquqşünas: Fransa Mayotda qeyri-qanuni işğalla insanların taleyi ilə oynayır Fransa Mayotu öz ərazisi hesab etsə də, ada insanları ilə davranışı tamam fərqlidir.
Xarici siyasət
3 Sentyabr , 2024 11:21
Hüquqşünas: Fransa Mayotda qeyri-qanuni işğalla insanların taleyi ilə oynayır

Fransa Mayotu öz ərazisi hesab etsə də, ada insanları ilə davranışı tamam fərqlidir.

“Report” xəbər verir ki, bunu Qəmər Adaları İttifaqında hüquqşünas, konstitusiyaçı Mohamed Hassani Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Mayotun Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan” mövzusunda çıxış edərkən deyib.

“Bu gün Mayotda qeyri-qanuni bir işğal var və bu işğal insanların taleyi ilə oynayır. Fransa işğalını qanuni hesab edir və Mayotu da öz ərazisi sayır, ancaq ada insanları ilə davranışı tamam fərqlidir, insanlar bu siyasət nəticəsində əziyyət çəkirlər. Ona görə də Mayotda rahat yaşamaq üçün sadəcə müstəqillik tələb olunur”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi