Hikmət Hacıyev: "STAR layihəsi iki ölkə arasında əlaqələrin qardaşlıq və strateji xarakter daşımasının nümunəsidir"

Hikmət Hacıyev: "STAR layihəsi iki ölkə arasında əlaqələrin qardaşlıq və strateji xarakter daşımasının nümunəsidir" Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev TRT World kanalına müsahibə verib.
Xarici siyasət
19 Oktyabr , 2018 15:27
Hikmət Hacıyev: STAR layihəsi iki ölkə arasında əlaqələrin qardaşlıq və strateji xarakter daşımasının nümunəsidir
Report.az
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev "TRT World" kanalına müsahibə verib.

"Report"un xəbərinə görə, müsahibədə Hikmət Hacıyev bu gün Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə açılışı olacaq "STAR Refinery" barədə danışaraq bu layihənin əsasının Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Cümhiriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu qeyd edib. Bu layihənin Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etimadının və iki ölkə arasında əlaqələrin qardaşlıq və strateji xarakter daşımasının nümunəsi olduğunu deyən Hikmət Hacıyev Azərbaycanın Türkiyəyə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırdığını diqqətə çatdırıb.

Azərbaycan və Türkiyənin enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan layihəsi ilə başladığını qeyd edən Hikmət Hacıyev bildirib ki, Azərbaycanda neft-kimya sənayesinin inkişafı və Türkiyədə həyata keçirilən bu layihələr ölkəmizin karbohidrogen ixracında yalnız xam məhsullarla deyil, həmçinin əlavə dəyər qatılan hazır məhsullarla da Aralıq dənizi hövzəsinə çıxmasına imkan yaradır.

O, Azərbaycanın Türkiyə və digər tərəfdaşlarla birgə icra etdiyi TANAP/TAP qaz layihəsinin Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinə əsaslı dərəcədə töhfə verəcəyini diqqətə çatdırıb. H.Hacıyev Azərbaycanın bu kimi iqtisadi layihələrlə regional əməkdaşlığın yeni nümunələrini yaratdığını, regional sülhə, çiçəklənməyə və sabitliyə töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın etibarlı və xoş niyyətli tərəfdaş olduğunu və bu qəbildən olan əməkdaşlığı dəstəklədiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi