Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
"Reuters", "Politico" və BBC daxil olmaqla, beynəlxalq jurnalistlərin çoxsaylı sorğularına cavab olaraq aşağıdakılara aydınlıq gətirmək istəyirəm:
Sabah Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək. Bu, ayrıca bir razılaşmadır və BQXK-nin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoşniyyətli jest kimi razılığını bildirib. Lakin qanunsuz rejim bundan imtina edib.
Bununla belə, Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir.
Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur", - o qeyd edib.