Hikmət Hacıyev: "İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir, amma Ermənistan bu faktları gizlədir"

Hikmət Hacıyev: "İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir, amma Ermənistan bu faktları gizlədir" “İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.
Xarici siyasət
19 Avqust , 2023 09:25
Hikmət Hacıyev: İtkin düşmüşlərin taleyinin müəyyən edilməsi barışıq prosesinin mühüm hissəsidir, amma Ermənistan bu faktları gizlədir

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin mühüm hissəsidir. Amma Ermənistan bu faktları gizlədir, inkar edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

O bildirib ki, Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir:

“Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”.

Qeyd edək ki, itkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi