Yuxarı

Heydər Əliyev Fondu Buxarestdə yanğından xəsarət alanlara yardım edib

Rumıniyanın səhiyyə naziri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib

Bakı. 2 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondu Buxarestin “Kolektiv” klubunda baş verən yanğından xəsarət alanlara yardım göstərib. “Report”un AZƏRTAC-a istinadən məlumatına görə, plastik cərrahiyə və yanıqlar təcili yardım klinik xəstəxanasına tərtib edilmiş siyahı üzrə dərmanlar alınaraq verilib. Rumıniyanın səhiyyə naziri Nikolae Baniçiou və xəstəxananın rəhbərliyi yanğından dərhal sonra göstərilən yardıma görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Xatırladaq ki, oktyabrın 30-da Buxarestin “Kolektiv” klubunda 27 nəfərin ölümü və 180 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib.

İlkin məlumatlara görə, partlayışa və yanğına atəşfəşanlıq səbəb olub. Rumıniyada hadisə ilə bağlı üç gün matəm elan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi