Robert Sekuta: "Həmsədrlərin bəyanatı Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir"
- 14 mart, 2019
- 15:12
Yeniliklərdən dərhal xəbərdar olun!
"ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq istəyindən xəbər verir".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.
“Bu bəyanat çox şey ifadə edir. Məncə, bu uzanmış münaqişənin həllində irəliləyişə nail olmaq istəyini əks etdirir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərin bu münaqişəni həll etməyin yolunu tapmaları üçün işləməyə davam edir”, - deyə o qeyd edib.
Diplomat ABŞ-ın Azərbaycandakı yeni səfiri Örl Litzenberqerə uğurlar arzuladığını ifadə edib.
Martın 12-də Prezident İlham Əliyev ABŞ-ın yeni səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib. Onun sələfi Robert Sekutanın diplomatik missiyası ötən ilin mart ayında başa çatmışdı.