​Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

​Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib "Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm"
Xarici siyasət
11 İyul , 2015 16:18
​Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçi ölkəsinin milli bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi