Həccə gedən indoneziyalılar Bakını da ziyarət edəcəklər

Həccə gedən indoneziyalılar Bakını da ziyarət edəcəklər İl ərzində 7 milyon indoneziyalı Ümrə ziyarətinə gedir
Xarici siyasət
3 May , 2017 16:03
Həccə gedən indoneziyalılar Bakını da ziyarət edəcəklər

Quba. 3 may. REPORT.AZ/ İndoneziyanın Turizm İdarəsi Həccə gedən indoneziyalı zəvvarlar üçün oradan Bakıya tur paketləri hazırlamağı planlaşdırır.

Bunu "Report"un Şimal bürosuna İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie deyib.

Onun sözlərinə görə, bu ideyanı səfirlik irəli sürüb: "İndoneziyalıların daha çox səyahət etdiyi ölkələr siyahısına Azərbaycanı da daxil etməkdə maraqlıyıq. Çünki Azərbaycanın geniş turizm potensialı var. Hazırda bu məsələnin üzərində işləyirik”.

Səfirin sözlərinə görə, il ərzində İndonazeyidan Ümrə ziyarətinə 7 milyon insan gedir: "Gün ərzində 19 min indoneziyalı Ümrə ziyarətinə gedir. Bundan başqa, İndoneziya vətəndaşları əsasən, Özbəkistana, Türkiyəyə, İordaniyaya səfər edirlər". 

Son xəbərlər

Orphus sistemi