“1990-cı ilin 20 Yanvar hadisələri müasir Azərbaycanın tarixində “Qara Yanvar” olaraq qalıb və 70 illik Sovet hakimiyyətinə son qoyub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri
Nazir qeyd edib ki, həmin dövrdə Sovet hökuməti Bakıya yeritdiyi ordunun əhalini qoruyacağını elan etsə də, SSRİ
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 30 il əvvəl qoşunların 20 yanvar tarixində Bakıya yerdilməsinin SSRİ Konstitusiyasına zidd olduğunu xatırladıb. O bildirib ki, əhali xəbərdar edilməmişdi, deməli, məqsəd insanları küçələrdə yaxalamaq və öldürmək idi.
Prezidentin köməkçisi Ermənistan baş nazirinin Bakıda 20 Yanvar hadisələrinin “Azərbaycan millətçiləri” ilə mübarizəyə istiqamətləndiyi ilə bağlı verdiyi son açıqlamanı absurd adlandırıb. “Şəhidlər Xiyabanındakı məzarlara baxın, burada yeniyetmələrin məzarları da var. Müstəqillik qazanmaq və onu qorumaq çox çətindir. Bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Azadlığımız uğrunda şəhid olanları şərəflə xatırlamalıyıq”, - o deyib.