Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq
Xarici siyasət
- 06 avqust, 2020
- 05:58
Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək.
Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə olunan şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşamaq hüququ olan gürcüstanlı soydaşlarımız da var.
Onlar avqustun 7-də Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçiriləcəklər. COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək.
Təxliyə olunan şəxslər səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı Azərbaycana çatdırılıb.
Son xəbərlər
00:17
Çempionlar Liqası: "Qarabağ" "Liverpul"la oyunda məğlub duruma düşür - YENİLƏNİR
Futbol00:12
Britaniya səfiri: Azərbaycan futbolunun bu səviyyəyə qalxmasını görmək qürurvericidir
Futbol23:46
Makron Rusiyanın Xarkovda sərnişin qatarına hücumunu pisləyib
Digər ölkələr23:31
Rubio: Uitkoff və Kuşner Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcəklər
Digər ölkələr23:20
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb
Digər ölkələr23:14
Naxçıvanın gəlirləri üzrə ümumi daxilolmalar 450,7 mln manat təşkil edib
Maliyyə23:03
Rimas Kurtinaytis: "Basketbolçularımız "Neftçi" ilə matçda yaxşı mübarizə apardılar"
Komanda22:50
"Liverpul" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Futbol22:47