Gürcüstan hökuməti 2019-2022-ci illər üçün ölkənin xarici siyasət strategiyasını təsdiq edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın
Strategiyada Gürcüstanın növbəti 4 il üçün xarici siyasətinin strateji məqsədi, vəzifələri və konkret addımları əksini tapıb.
Sənəddə Gürcüstan üçün Azərbaycanla münasibətlərin strateji əhəmiyyət daşıdığı bildirilib: “Mövcud münasibətlər gələcəkdə də davam etdiriləcək və daha da gücləndiriləcək, yeni təşəbbüslər hazırlanacaq”.
Strategiyaya əsasən, Gürcüstan və Azərbaycan arasında energetika, elektron kommunikasiya, tranzit və müdafiə sahələrində əməkdaşlığa xüsusi önəm veriləcək: “Xəzər dənizinin statusunun müəyyən olunmasından sonra yaranmış yeni imkanların maksimal istifadəsinə, Azərbaycanla Mərkəzi Asiyadan Xəzər dənizi – Qara dəniz nəqliyyat dəhlizinə yüklərin cəlb olunması ilə bağlı koordinasiya və birgə səylərə xüsusi diqqət ayırılacaq”.
Sənəddə Gürcüstanın Azərbaycan və Türkiyə ilə mövcud üçtərəfli əməkdaşlıq formatının daha da gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyi də qeyd olunub.