GUAM-ın terrorizmlə mübarizə üzrə işçi altqrupunun növbəti iclası Bakıda keçiriləcək

GUAM-ın terrorizmlə mübarizə üzrə işçi altqrupunun növbəti iclası Bakıda keçiriləcək Azərbaycan bu altqrupun fəaliyyətini uzlaşdırmağa davam edəcək
Xarici siyasət
15 Noyabr , 2014 09:50
GUAM-ın terrorizmlə mübarizə üzrə işçi altqrupunun növbəti iclası Bakıda keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Kiyevdə - GUAM Katibliyində Azərbaycanın sədrliyi ilə terrorizmlə mübarizə üzrə işçi altqrupunun 13-cü iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda təşkilatın bütün üzv ölkələrinin nümayəndə heyətləri iştirak ediblər. 

Nümayəndə heyətləri milli qanunvericilik, operativ vəziyyət, eləcə də GUAM - üzv ölkələrinin terrorizmin qarşısının alınması və onunla mübarizə sahələrində fəaliyyətlərinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. 

İşçi altqrupu 2015-ci ildə də uzlaşdırma funksiyasının Azərbaycan tərəfində qalması haqqında qərar qəbul ediblər. 

Altqrupun növbəti iclasının 2015-ci ilin may ayında Bakıda keçirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi