Füceyrə Əmirliyindən Azərbaycana aviareyslərin açılması müzakirə olunub

Füceyrə Əmirliyindən Azərbaycana aviareyslərin açılması müzakirə olunub 2017-ci il martın 16-dan etibarən Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkəti Şarca-Bakı-Şarca reyslərinə başlayacaq
Xarici siyasət
13 Dekabr , 2016 14:20
Füceyrə Əmirliyindən Azərbaycana aviareyslərin açılması müzakirə olunub

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanın Birləşmiış Ərəb Əmirliklərdəki (BƏƏ) səfiri Daşqın Şikarov Füceyrə Əmirliyinin hakimi Şeyx Həməd bin-Məhəmməd Əl-Şərqi ilə görüşüb. 

Bu barədə "Report"a Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildirilib. 

Diplomat Azərbaycanın turzim imkanları barədə məlumat verib, ölkə Prezidenti İlham Əliyevin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi barədə göstərişini xatırladıb.

D.Şükürov həmçinin 2017-ci ilin mart ayının 16-dan etibarən Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca reyslərinə başlayacağını bildirib.

Səfir Naxçıvan və Qəbələ haqqında geniş məlumat verib. Diplomat Füceyrə Əmirliyindən həmin istiqamətlər üzrə reyslərin təsis olunması məsələsini nəzərdən keçirməyi xahiş edib.

Sonra Azərbaycanın milli iqtisadiyyatının müstəqilliyin 25 ili ərzində keçdiyi keçməkeşli inkişaf yolundan söhbət açan səfir ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən geniş danışıb.

Daha sonra səfir Füceyrə Əmirliyində Azərbaycan dövlət investisiyaları üçün yaradılan şəraitə görə hakimə minnətdarlığını bildirib.

Füceyrə hakimi Ərəb Əmirliklərinin dost Azərbaycanla sıx dostluq əlaqələrində olduğunu məmnunluqla dilə gətirərək, bu ilin fevral ayında Prezident İlham Əliyevin ölkəyə rəsmi səfərə gəldiyini və ölkə rəhbərliyi ilə olduqca faydalı görüşlər keçirdiyini xatırladıb və ikitərəfli əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edib. Ardınca Füceyrə hakimi Azərbaycan hökuməti ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyə və bu işdə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib.

Görüş həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, o cümlədən münaqişənin siyasi nizamlanması ətrafında son durum barəsində Şeyx Həməd bin Məhəmmədə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi