Fuat Oktay: "Azərbaycanla qardaşlığımız şərtlərə, zamana görə dəyişməyəcək"

Fuat Oktay: "Azərbaycanla qardaşlığımız şərtlərə, zamana görə dəyişməyəcək" “Ermənistan Qarabağda qadın, uşaq demədən dinc sakinləri qətl edərkən beynəlxalq ictimaiyyət səssiz qalmışdı”
Xarici siyasət
19 Fevral , 2021 18:07
Fuat Oktay: Azərbaycanla qardaşlığımız şərtlərə, zamana görə dəyişməyəcək
Fuat Oktay

“Ermənistan Qarabağda qadın, uşaq demədən dinc sakinləri qətlə yetirərkən beynəlxalq ictimaiyyət səssiz qaldı”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Biz isə Qarabağ davasında Prezidentimizin rəhbərliyi altında bu günədək masada verdiyimiz dəstəyi meydanda da nümayiş etdirdik və artıq Qarabağ şanlı zəfəri ifadə edir. Çünki bizim qardaşlığımız zamana, duruma, şərtlərə görə dəyişməz. Bəzi qrupların etdiyin kimi – masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən”, - vitse-prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi