Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər

Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər.
Xarici siyasət
23 Avqust , 2024 17:03
Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər
Fuad Hüseynəliyev

Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya hərbçilərinə qarşı yönələ bilər.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 kanalının efirində yayımlanan “Gündəm” verilişində çıxışı zamanı deyib.

O, Qərbin Ermənistanı silahlandırma məqsədlərindən söz açaraq bildirib ki, bu silahlandırma bir tərəfdən Azərbaycana qarşı olsa da, digər tərəfdən İranı izləmək və Rusiyanın hərbi bazasına nəzarət etmək kimi maraqların da mövcudluğunu göstərə bilər:

“Ermənistanın silahlandırılması bölgədə bir sıra proseslərə yol aça bilər. Qərb bu yolla İrana qarşı casusluq edə, oradakı prosesləri izləyə və Rusiya hərbi bazasına nəzarət edə bilər. Hətta elə bir vəziyyət yaranar ki, Rusiya hərbi bazasının çıxarılması məsələsi ortaya çıxa bilər. Bəlkə də, Qərb silahları Rusiya hərbçilərinə qarşı da yönələcək. Biz bunu da tam gözardı edə bilmərik”.

Direktor vurğulayıb ki, Qərbin Ermənistanı silahlandırmasının kökü aprel ayında Brüsseldə baş tutan Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünə və orada imzalanan sənədə söykənir, ancaq bu silahlandırma heç bir halda, Azərbaycan və Ermənistan hərbi sənayesi arasında balansı yaxın dövrdə dəyişə bilməz.

“Caliber.az saytı silahlandırılmanın fototəsdiqini də ictimaiyyətə təqdim edib. Bütün bu proseslər apreldəki görüşün və orada imzalanan məxfi sənədin nəticəsidir. O sənəd ictimaiyyətə indiyədək tam açıqlanmayıb. Son məlumata görə, Ermənistana, əsasən, Fransanın silahları göndərilir, ancaq siyahıda Almaniya və ABŞ silahları da var. Onlar Fransa vasitəsilə yönləndirilir", - o qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra bu barədə Nikol Paşinyanı məlumatlandırmasının Rusiya-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinə təsiri məsələsi barədə də danışan F.Hüseynəliyev qeyd edib ki, Paşinyana Azərbaycan tərəfinin mesajlarının, açar mövqeyinin çatdırılması təqdirəlayiq prosesdir və bunun nəticələrini yaxın zamanda görünəcək.

Son xəbərlər

Orphus sistemi