Fuad Hüseynəliyev: “Partlayışda zərərçəkənlərə yardım rəsmi Bakının Qarabağ erməniləri ilə bağlı siyasətinin göstəricisidir”

Fuad Hüseynəliyev: “Partlayışda zərərçəkənlərə yardım rəsmi Bakının Qarabağ erməniləri ilə bağlı siyasətinin göstəricisidir” “Ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda zərərçəkənlərə humanitar yardım göndərməsi Azərbaycanın mərkəzi hakimiyyəti orqanlarının bundan sonra Qarabağda erməni sakinləri ilə bağlı siyasətinin necə olacağının gö
Xarici siyasət
26 Sentyabr , 2023 17:38
Fuad Hüseynəliyev: “Partlayışda zərərçəkənlərə yardım rəsmi Bakının Qarabağ erməniləri ilə bağlı siyasətinin göstəricisidir”

“Ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda zərərçəkənlərə humanitar yardım göndərməsi Azərbaycanın mərkəzi hakimiyyəti orqanlarının bundan sonra Qarabağda erməni sakinləri ilə bağlı siyasətinin necə olacağının göstəricisidir”.

"Report" xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.

“Ötən gün yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanlara humanitar yardımın göndərilməsi Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağda erməni sakinləri ilə bağlı bundan sonrakı siyasətinin necə olacağını göstərir. Bu, hadisəyə və ümumilikdə erməni sakinlərinə humanist yanaşmamızı nümayiş etdirir”, - o vurğulayıb.

F.Hüseynəliyev qeyd edib ki, digər məsələlərlə yanaşı, Bakı ərzaq yardımı, tibbi avadanlıqlar göndərib. Azərbaycan bəzi klinikalarında yaralıları qəbul etmək üçün xüsusi yerlər hazırlayıb: “Lakin hələ də regionda qalan cinayətkar xunta nümayəndələri zərərçəkənlərin Azərbaycan şəhərlərinə köçürülməsinə icazə verməyiblər. Buna baxmayaraq, Bakı hava dəhlizini açıb və zərərçəkənlərə yardım göstərilərək Ermənistana aparılması üçün bütün mümkün tədbirlər görülüb”.

Onun sözlərinə görə, bu, Azərbaycanın antiterror tədbirləri başa çatdıqdan sonra həyata keçirdiyi ilk humanizm aktı və göndərdiyi ilk ərzaq yardımı deyil: “Azərbaycan Qarabağ erməni sakinlərinin reinteqrasiyasına hazır olduğunu bildirib. Hazırda regionun dirçəldilməsi üçün böyük investisiyalar yatırılır. Qarabağın erməni sakinləri də bu yeni imkanlardan yararlana biləcəklər. Erməni sakinlərinin nümayəndələri ilə baş tutan görüşlər deməyə əsas verir ki, reinteqrasiya prosesi sürətlə gedəcək və çox vaxt aparmayacaq. Bir neçə ay ərzində, ola bilsin, ilin sonuna kimi biz reinteqrasiya prosesinin ilkin nəticələrini, Azərbaycan vətəndaşlığını qəbul edənləri görəcəyik”.

“Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistanın sülhlə bağlı çağırışdan imtinası üçün heç bir arqumenti qalmır. Onlara Azərbaycanla sülh, eləcə də kommunikasiyaların açılması və ticarət əlaqələrinin bərpası lazımdır. O cümlədən Türkiyə ilə ticarət münasibətlərinin bərpası gərəkdir. Bu, ilk növbədə Ermənistanın özünün rifahı üçün zəruridir”, - F.Hüseynəliyev bildirib.

Eyni zamanda, xəbər agentliyinin direktoru qeyd edib ki, Ermənistanın özündə baş verən hər şey ölkənin daxili işidir.

Son xəbərlər

Orphus sistemi