Fuad Çıraqov: “Ermənistan Qarabağ ermənilərinin reinteqrasiyasına maneə yaratmağa son qoymalıdır”

Xarici siyasət
  • 03 noyabr, 2023
  • 10:28
Fuad Çıraqov: “Ermənistan Qarabağ ermənilərinin reinteqrasiyasına maneə yaratmağa son qoymalıdır”

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına maneə yaratmağa son qoymalıdır”.

“Report” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.

“Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməli, yəni ölkəmizin daxili işlərinə qarışmağı dayandırmalı, ərazi iddialarına və təhdidlərinə son qoymalıdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hazırda tarixi bir dövr yaşayır: “Biz müharibədə qalib gəldik, ərazilərimizi azad etdik. Lakin postmünaqişə dövründə sülhün bərqərar olması çox çətin görünür".

F.Çıraqov qeyd edib ki, sülh sazişinin imzalanmasının vaxtı hər iki ölkənin gələcək addımlarından asılıdır. O bildirib ki, bu məsələdə beynəlxalq ictimaiyyətin də mövqeyi çox önəmlidir.

44 filmi