Fransız ekspert: “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlamalar həm qanuni, həm də zəruridir”

Fransız ekspert: “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlamalar həm qanuni, həm də zəruridir” “Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir”.
Xarici siyasət
17 Avqust , 2023 15:52
Fransız ekspert: “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlamalar həm qanuni, həm də zəruridir”

“Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir”.

Bunu “Report”a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Laçın yolunda nəqliyyatın hərəkəti dayanmır. Xankəndidəki ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə müqavimət göstərməsəydi, Ermənistan ərazisində gözləyən yük maşınları keçə bilərdi. Bu yoxlama qanuni (sərhəd-buraxılış məntəqələri bütün ölkələrdə var) və Rusiya “sülhməramlıları”nın himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması kontekstində zəruridir”, - o vurğulayıb.

M.Quen əlavə edib ki, Ağdam-Xankəndi yolunu məhz separatçılar bağlayıblar.

Onun sözlərinə görə, belə qərəzli bəyanatları, təəssüf ki, təkcə Fransanın deyil, həm də çox vaxt Aİ-nin yüksək səviyyəli nümayəndələri verirlər: “Aİ və Fransa qorxur ki, Nikol Paşinyan ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Köçəryan və ya onun kimiləri əvəz edə bilər".

Son xəbərlər

Orphus sistemi