Fransanın Bakıdakı səfirliyində 25 il işləyən azərbaycanlı bu ölkənin Fəxri medalı ilə təltif edilib
Xarici siyasət
- 13 yanvar, 2017
- 20:18
Bakı. 14 yanvar. REPORT.AZ/ Fransanın Azərbaycandakı səfirliyində 25 il fəaliyyət göstərən Zemfira Quliyeva bu ölkənin Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib.
"Report" xəbər verir ki, mükafatı cümə günü Fransanın Bakıdakı səfiri Aureliya Buşe təqdim edib.
Z.Quliyeva Fransa səfirliyinin protokol xidmətində 1992-ci ildən işləməyə başlayıb.
Səfir Azərbaycan və Fransa arasında bir sıra sahələrdə, xüsusilə də mədəniyyət sahəsində münasibətlərin inkişafında Z.Quliyevanın mühüm rolunu qeyd edib.
Fransa XİN-in fəxri medalını təqdim edən Aureliya Buşe qeyd edib ki, mükafat XVII əsrdə təsis olunub və həm Fransa, həm də xarici ölkə vətəndaşlarına bu ölkəyə verdikləri töhfə və göstərdikləri xidmətə görə verilir.
Son xəbərlər
16:13
Video
FHN rəsmisi: Binəqdədidə binada baş verən yanğında 30 nəfər təxliyyə edilib - YENİLƏNİB
Hadisə16:13
Hesablama Palatasının 2026–2030-cu illər üzrə yeni Strateji Planı təstiqlənib
Maliyyə16:08
Ukraynada enerji obyektlərinə dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün qərargah yaradılıb
Digər ölkələr16:06
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə16:04
Azərbaycan idmançısı viza probleminə görə Avropa çempionatına qatıla bilməyib
Fərdi15:58
"Expressbank" illik maliyyə hesabatını açıqlayıb
Maliyyə15:55
Ukrayna Ali Radası ölkə üçün zəruri olan qanun layihələrinə baxa bilməyib
Digər ölkələr15:44
"Bank Avrasiya" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə15:38