Fransanın Azərbaycandakı səfirliyində Nitsada törədilmiş terror aktı ilə əlaqədar xatirə kitabı açılıb

Fransanın Azərbaycandakı səfirliyində Nitsada törədilmiş terror aktı ilə əlaqədar xatirə kitabı açılıb Kitab bu gün və sabah saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək açıq olacaq
Xarici siyasət
18 İyul , 2016 10:05
Fransanın Azərbaycandakı səfirliyində Nitsada törədilmiş terror aktı ilə əlaqədar xatirə kitabı açılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Nitsada törədilmiş terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Səfirlikdən "Report"a verilən məlumata görə, kitab bu gün və sabah saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək açıq olacaq.

Xatırladaq ki, Tunis əsilli fransızın Nitsada törətdiyi terror aktı nəticəsində 84 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Terror hücumuna görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Hadisə ilə əlaqədar Fransada iyulun 16-dan etibarən üç günlük matəm elan edilib.

Son xəbərlər

Orphus sistemi