Fransanın Azərbaycandakı ilk səfiri: “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“

Fransanın Azərbaycandakı ilk səfiri: “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“ “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“.
Xarici siyasət
3 Noyabr , 2021 13:32
Fransanın Azərbaycandakı ilk səfiri: “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“
Jan Perən

“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“.

Bunu “Report”un yerli bürosuna Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi mərhələsi uğurla davam edir: “Otuz ildən sonra Azərbaycan Qarabağ problemini həll etməyə nail olub. Halbuki ATƏT-in Minsk qrupu buna nail ola bilməmişdi. Baxmayaraq ki, çoxlu sayda qətnaməyə səs vermişdik. Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatları uğurla başa çatdırmağa nail olub və artıq bir ildir münaqişə həll olunub. Bu gün Azərbaycan qələbəsinin möhkəmləndirilməsi dövrünü yaşayır. Bu gün Azərbaycan sülhün bərpa olunması dövrünə qədəm qoyub".

J.Perən deyib ki, bu mərhələdə Azərbaycanın qarşısında həll olunmalı bir sıra vacib məsələlər durur: "Bunlardan biri Qarabağda yaşayan ermənilərin vətəndaşlığı məsələsidir. Azərbaycanın bu məsələlərdə mövqeyi gün kimi aydındır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin bu məsələyə ermənilər etirazlarını bildirirlər və bundan sonra da müqavimət göstərməkdə davam edəcəklər. Xüsusilə bu məsələ ATƏT-in Minsk qrupu səviyyəsində müzakirələrə çıxarılacaq və ermənilər həmsədrlərə təsir göstərməyə çalışacaqlar. Ermənilər daha çox Fransaya təsir göstərməkdə davam edəcəklər. Lakin mən bu məsələdə də Azərbaycanın uğur qazanacağına inanıram".

Son xəbərlər

Orphus sistemi