Fransada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fransada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun, Diaspora İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildö
Xarici siyasət
25 Fevral , 2022 05:06
Fransada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun, Diaspora İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev xalqımızın XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümünü ürək ağrısı ilə qeyd etdiyini qonaqların diqqətinə çatdırıb:

“Azərbaycan xalqı ərazilərinin işğalı, kəndlərinin, şəhərlərinin dağıdılması kimi dəhşətləri yaşayıb, dinc əhalisi qətlə yetirilib. Artıq müharibə dövrü geridə qalıb.

Azərbaycan dağıdılmış ərazilərində bərpa işlərinə başlayıb. Bununla belə zaman keçsə də qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini hər zaman yad edəcəyik”, - səfir bildirib.

Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəsi Elman Abdullayev qonaqlara Xocalı qurbanları haqqında ətraflı məlumat verib.

Tədbir azərbaycanlı pianoçu, bəstəkar, cazmen İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycanlı caz ustasını kontrabasda Makar Novikov, zərb alətlərində Saşa Maşın, tarda Bəhruz Zeynal müşayiət ediblər.

Son xəbərlər

Orphus sistemi