Fransada Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO

Fransada Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO Türkiyənin Fransadakı səfirliyində 29 avqust - Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.
Xarici siyasət
31 Avqust , 2019 17:54
Fransada Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO

Türkiyənin Fransadakı səfirliyində 29 avqust - Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, qəbulda Fransanın rəsmi şəxsləri, deputatlar, diplomatik korpusun nümayəndələri, jurnalistlər, bu ölkədə fəaliyyət göstərən türk diasporunun və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirin əvvəlində Türkiyənin azadığı uğrunda həyatını itirmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyub. Müraciətdə ölkə prezidenti Mustafa Atatürkün rəhbərliyi ilə bu şanlı tarixin yazılmasında türk xalqının nümayiş etdirdiyi şücaət və qəhrəmanlıqdan söz açaraq türk xalqının öz müstəqilliyi naminə bu gün də hər cür fədakarlığa hazır olduğunu bildirib.

Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.

İ.H.Musa bu qələbə zamanı adları tarixə yazılmış general və hərbçilər haqqında məlumat verib.  O, bu tarixin yeni siyasi islahatlara yol açdığını və bunun nəticəsində Türkiyənin bu gün inkişaf etmiş və dünyada qüdrətli bir ölkəyə çevrildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi