Fransa Senatının üzvü: "Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur" - EKSKLÜZİV

Fransa Senatının üzvü: "Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur" - EKSKLÜZİV "Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur."
Xarici siyasət
16 Noyabr , 2022 12:51
Fransa Senatının üzvü: Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur - EKSKLÜZİV
Natali Qule

"Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur."

Bu fikirləri "Report"un yerli bürosuna Fransa Senatının üzvü Natali Qule bildirib.

"Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib", - qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb.

O, Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsinin olmadığını bildirib: "Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Bu sənəd məcburi xarakter daşımır. Fransa hökumətinin mövqeyini dəyişdirə bilməyəcək. Ümumiyyətlə, unutmayaq ki, vaxtilə Fransanın da həmsədri olduğu Minsk qrupu artıq mövcud deyil."

Son xəbərlər

Orphus sistemi