Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır.
“Report” xəbər verir ki, bunu sabiq təhsil naziri Firudin Cəlilov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir:
“Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”.