FHN-in polkovniki: "Növbəti qrup bu gündən yanğınların söndürülməsinə cəlb ediləcək"

FHN-in polkovniki: "Növbəti qrup bu gündən yanğınların söndürülməsinə cəlb ediləcək" "Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və digər qurumlar birlikdə, 54 texnika - ayrı-ayrı təyinatlı texnika, həmçinin 252 nəfər
Xarici siyasət
2 Avqust , 2021 02:17
FHN-in polkovniki: Növbəti qrup bu gündən yanğınların söndürülməsinə cəlb ediləcək
Nəzər Baxışov

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və digər qurumlar birlikdə, ayrı-ayrı təyinatlı 54 texnika, həmçinin 252 nəfər şəxsi heyətlə Türkiyədə baş verən yanğınlarla bağlı artıq bu ölkənin ərazisindəyik".

"Report"un xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə göndərilən ikinci qrupunun rəhbəri, polkovnik Nəzər Baxışov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyəyə gedən FHN-in növbəti qrupu avqustun 2-dən artıq yanğınların söndürülməsinə cəlb ediləcək:

"Prezident İlham Əliyevin göstərişinə əsasən, artıq yanğınların söndürülməsinə tam hazırıq. Bütün alət avadanlıqlarını yanğınların söndürülməsi üçün özümüzlə götürmüşük. Yanğınların söndürülməsinə təcrübəli şəxsi heyət tərəfimizdən cəlb edilib. Biz həmişə qardaş Türkiyəmizin yanındayıq, həmişə də yanında olacağıq. Allah onlara kömək olsun!".

Son xəbərlər

Orphus sistemi